Tramp Qrenlandiya sakinlərinin hər birinə $1 mln verə bilər
Bu barədə “Daily Mail” mənbələrinə istinadən məlumat yayıb
Tramp ABŞ-a birləşməyin müqabilində Qrenlandiyanın 57 minlik əhalisinin hər birinə 1 milyon dollar təklif etməyi düşünür.
Bu barədə “Daily Mail” mənbələrinə istinadən eksklüziv məlumat yayıb.
Nəşrin yazdığına görə, NATO rəsmiləri hələlik Qrenlandiyanın kiçik ərazilərini ABŞ-a hərbi bazaları üçün verilməsi planı üzərində müzakirələr aparır. Təklif Böyük Britaniyanın Kiprdəki hərbi bazalarının statusuna bənzədilir. Həmin bazalar hazırda Britaniya suverenliyi altında fəaliyyət göstərir.
Tramp jurnalistlərə bildirib ki, bu “uzunmüddətli razılaşmadır” və vaxt limiti yoxdur.
“Bu razılaşma əbədi olacaq”, – o vurğulayıb.
Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq müdafiə müqaviləsi imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyini öz üzərinə götürüb.
1 dəqiqə