Ermənistan Azərbaycana mal idxal etməsini təkzib edib
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir YENİLƏNİB
16:24
Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirib: Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızıl gül idxal edilib.
“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.
***
15:30
Ermənistan Dövlət Gəlirləri Komitəsi Ermənistandan Azərbaycana mal idxal edilməsini təkzib edib: "Ermənistan mallarının Azərbaycana ixracı qeydə alınmayıb."
***
10:14
Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.
Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.
1 dəqiqə