XƏBƏRLƏR / Ticarət

Qızılın qiyməti yenidən artıb

Gümüş də bahalaşıb

Qızılın qiyməti yenidən artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,7% artaraq 4 024,35 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 1,03% artaraq 48,655 ABŞ dolları olub.