XƏBƏRLƏR / Ticarət

Qızıl bahalaşıb

Gümüşün də qiyməti artıb

Qızıl bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,71% artaraq 4 078,2 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 2,88% artaraq 49,53 ABŞ dolları olub.