XƏBƏRLƏR / Ticarət

Mikayıl Cabbarov Britaniyanın ticarət elçisi ilə görüşüb

İqtisadiyyat naziri Lord Con Alderdas ilə biznes, investisiya və ticarət tərəfdaşlığını müzakirə edib

Mikayıl Cabbarov Britaniyanın ticarət elçisi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın ticarət elçisi Lord Con Alderdas ilə görüşüb.

    "Böyük Britaniyanın Azərbaycan və Orta Asiya üzrə ticarət elçisi Lord Con Alderdası ölkəmizdə salamlamaqdan məmnunluq duyuruq".

    Biz Böyük Britaniya ilə iqtisadi əməkdaşlıq gündəliyimizin prioritet sahələrini, o cümlədən biznes, investisiya və ticarət tərəfdaşlığının gücləndirilməsini, eləcə də enerji, yüksək texnologiyalar və rəqəmsal transformasiya sahələrində birgə fəaliyyətin inkişaf etdirilməsi imkanlarını müzakirə etdik", - Cabbarov yazıb.