XƏBƏRLƏR / Ticarət

Bakı İrəvana ixrac edə biləcəyi malların siyahısını verib

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib

Bakı İrəvana ixrac edə biləcəyi malların siyahısını verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanla Azərbaycan arasında müzakirələr aparılır.

    Bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

    "Müzakirələr davam edir: Azərbaycan bizə Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib və biz də öz növbəmizdə onlara siyahımızı təqdim etmişik.

    Ticarət olacaq. Əminəm ki, yüz milyonlarla dollar dəyərində ikitərəfli ticarət potensialı var", - deyə erməni nazir bildirib.