Azərbaycan ötən ay buğda idxalını artırıb
Bu barədə Dövlət Gömrük Komitəsinə xəbər verir
Bu ilin yanvar ayında Azərbaycana 28,9 milyon ABŞ dolları dəyərində 129,9 min ton buğda idxal edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinə xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,2 milyon ABŞ dolları və ya 54,4%, həcm baxımından isə 43,3 min ton və yaxud 49,9% çoxdur.
Buğda idxalı ölkənin bu ilin yanvar ayının ümumi məhsul idxalında 2,22% paya malik olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2026-cı ilin yanvar ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 395,55 manat təşkil edib.
1 dəqiqədən az