XƏBƏRLƏR / Ticarət

Çin "Boeing"dən 200 təyyarə alacaq

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib

Çin "Boeing"dən 200 təyyarə alacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsinin Amerika istehsalçısı "Boeing"dən 200 təyyarə alacağını bildirib.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına açıqlamasında bildirib.

    "Bu gün o, bir şeylə razılaşdı: o, 200 təyyarə sifariş edəcək ki, bu da "Boeing" üçün çox vacib bir hadisədir. 200 böyük layihə. Bu, çoxlu iş yeri deməkdir. "Boeing" 150 istəyirdi, amma 200-ü aldı", - deyə Tramp bildirib.

    Qeyd olunur ki, ABŞ Prezidentinin Çinə səfəri zamanı onu "Boeing" şirkətinin baş direktoru Kelli Ortberq müşayiət edib.