Xarici ticarət dövriyyəsinin müsbət saldosu get-gedə azalır
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir

2025-cü ilin ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 2.5% artaraq 35milyard 375,495 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Son bir ildə ölkə üzrə ixrac 6.3% azalaraq 18 milyard 606.5 milyon ABŞ dolları, idxal isə əksinə 14.5% artaraq 16 milyard 769 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 1 milyard 837.5 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.8 dəfə azdır.