
Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
Comex əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 4200 dolları ötüb. Bu, müasir maliyyə bazarı tarixində qızılın ən yüksək qiymətidir.
Qiymətli metalın qiyməti bir unsiya üçün 4202,4 dollar təşkil edib.
Ekspertlərin fikrincə, daha təhlükəsiz aktiv hesab olunan qızıla dünya bazarında tələbatın artması mövcud qeyri-müəyyənlikdən qaynaqlana bilər.