XƏBƏRLƏR / Ticarət

Azərbaycan üçüncü dəfə Rusiyaya yumurta yolladı

Bu barədə Rusiyanın “Rosselxoznadzor” xidməti məlumat yayıb

Azərbaycan üçüncü dəfə Rusiyaya yumurta yolladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Azərbaycandan 306 min ədəd yumurtanın üçüncü partiyasını idxal edilib.

    Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

    “Dekabrın 24-də Rusiyaya sonrakı satış üçün Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 18 ton (306 min ədəd) həcmində yumurtanın üçüncü partiyası gətirilib. 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub", - deyə vurğulanıb.

    Azərbaycanda bununla bağlı hələ yumurta qiymətində ciddi dəyişiklik olmayıb.