Azərbaycandan Ermənistana yenə yanacaq göndərilir YENİLƏNİB
Bu dəfə çeşid daha zəngindir: Aİ 92 və Aİ95 benzini, dizel yanacağı
11:53
Ermənistan İqtisadiyyat Nazirliyi bu gün Azərbaycandan neft məhsullarının növbəti partiyasının göndəriləcəyini təsdiqləyib.
Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan “Armenpress”in sorğusuna cavab olaraq, məlumatı təsdiqləyib.
Nazir qeyd edib ki, Azərbaycan şirkətlərindən tədarük olunan yanacağın qiyməti bazar qiymətindən 80 dram aşağı olacaq.
Qeyd edək ki, 8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.
***
07 yanvar 2025-ci il
20:10
8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.
Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.
1 dəqiqə