XƏBƏRLƏR / Ticarət

Qızıl bahalaşıb

Gümüşün də qiyməti artıb

Qızıl bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə qiyməti 0,27% artaraq 4 181,2 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərin qiyməti isə 0,31% artaraq 51,313 ABŞ dolları olub.