Bakı və İrəvan ticarət üçün mal siyahıları mübadiləsi aparır
Bunu keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib
Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan potensial ticarət üçün mal siyahıları mübadiləsi aparırlar.
Hökumət brifinqində Ermənistanın Baş naziri Azərbaycan benzinini kimin alacağına necə qərar verildiyinə dair suala cavab olaraq bazarın əvvəlcədən araşdırıldığını və bu fürsəti siyasi oyuna çevirməyəcək iş adamlarına təkliflər verildiyini bildirib. Nəticədə iki Ermənistan şirkəti ("Ran Oil" və "Titan") Azərbaycan tərəfi ilə əlaqə saxlayıb.
Paşinyan qeyd edib ki, Ermənistana neft məhsullarının ilk göndərilməsi zamanı bəzi yanacaqdoldurma məntəqələri şəbəkələri Azərbaycan benzinini satmaqdan imtina edib.
1 dəqiqədən az