XƏBƏRLƏR / Ticarət

Rusiya "Şirvan" brendinin qeydiyyatından İmtina etdi

Bu barədə Rusiyanın "Rospatent" təşkilatı məlumat yayıb

Rusiya "Şirvan" brendinin qeydiyyatından İmtina etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Rospatent" (Rusiya Patent və Ticarət Nişanları İdarəsi) Azərbaycandakı "Abrau-Durso" Şirkətlər Qrupunun törəmə müəssisəsi olan "AzAbrau" şərab zavoduna "Şirvan" ticarət nişanının Rusiyada qeydiyyatını rədd edib, "Kommersant" xəbər verir.

    Agentlik qərarını Şirvanın Azərbaycanda tanınmış şərab istehsal edən bölgə olması və ticarət nişanının qeydiyyatının istehlakçıları çaşdıracağı ilə əsaslandırıb. Hüquqşünaslar hesab edirlər ki, şirkətin hətta məhkəmə yolu ilə belə brend üzərində inhisara sahib olması ehtimalı azdır.

    2023-cü ilin aprel ayında Rusiyada "Şirvan" ticarət nişanının qeydiyyatı üçün müraciət edən "AzAbrau" şirkəti "Rospatent" tərəfindən rədd edilib. Agentliyin qərarına əsasən, "Şirvan" sözü elementi qorunmur", çünki bu, Azərbaycanın tanınmış tarixi bölgəsi və şərab zavodudur. Ərizəçi isə Şəki rayonunun Çələbihan kəndində yerləşir. "Rospatent"in idarə heyətinin yekununda deyilir: "Müraciət edilən adın qeydiyyatı... istehlakçıları malların istehsal yeri ilə bağlı yanlış yönləndirəcək".