XƏBƏRLƏR / Ticarət

Türkiyədən Rusiyaya yumurta ixracı davam edir

Bu barədə “Rosselxoznadzor” məlumat yayıb

Türkiyədən Rusiyaya yumurta ixracı davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədən Rusiyaya 19,36 ton yumurta ixrac edilib.

    Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. Bildirilir ki, “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsindən Rusiyaya daha 316,8 min yumurta gətirilib.

    “Rosselxoznadzor” Türkiyənin altı müəssisəsindən yumurta idxalını həyata keçirir. Yanvarın 3-də Türkiyədən Rusiyaya ilk 316,8 min yumurta ixrac edilmişdi.