Rusiyadan Ermənistana daha bir qadağa
Bu dəfə şərab və konyakların satışına qadağa qoyulub
"Rospotrebnadzor" Ermənistandan idxal olunan keyfiyyətsiz spirtli içkilər aşkar edib.
Ermənistan mediası xəbər verir ki, bu barədə quruma istinadənməlumat yayıb.
Rusiyada "Vedi-Alko", "Abovyan konyak zavodu" və "Şahnazaryan Şərab-konyak evi" istehsalçılarının şərab və konyak satışı dayandırılıb.
Qadağan olunan məhsullar arasında "Getap Vernaşen" (11 % spirt, 0,75 l); "Vedi Alko" Xarci, "Arni əfsanələri" (12 % spirt, 0,75 l); "Erməni konyakı 5 ulduz" (40 % spirt, 0,5 l); "Şahnazaryan XO" (40 % spirt, 0,5 l) içkiləri də var.
"Rospotrebnadzor"da bu məhsulların məcburi tələblərə uyğun olmadığı müəyyən edilib.
1 dəqiqədən az