XƏBƏRLƏR / Ticarət

Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta göndərilib

Qeyd edək ki, ötən həftə Rusiya vətəndaşları yumurtanın gündən-günə bahalaşmasından şikayət etmişdilər

Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta göndərilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycandan Rusiyaya 36 ton yumurta ixrac edilib.

    Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

    Bildirilib ki, dekabrın 19-da “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib.

    Qeyd edək ki, ötən həftə Rusiya vətəndaşları Prezident Putinin mətbuat konfransında ölkə ərazisində yumurtanın gündən-günə bahalaşmasından şikayət etmişdilər. O isə öz növbəsində tezliklə bu problemi həll edəcəyinə söz vermişdi.