XƏBƏRLƏR / Ticarət

Qızılın qiyməti 4600 dollardan aşağı enib

Gümüş də ucuzlaşıb

Qızılın qiyməti 4600 dollardan aşağı enib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,61% azalaraq 4 595,4 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 4,13% azalaraq 88,537 ABŞ dolları olub.