XƏBƏRLƏR / Ticarət

Qızılın qiyməti düşüb

Yaxın Şərqdəki münaqişə başlayandan indiyədək qızılın qiyməti təxminən 8 faiz ucuzlaşıb

Qızılın qiyməti düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qızılın qiyməti ABŞ və İran nümayəndələrinin sülh danışıqları üzrə görüşəcəyi gözləntiləri fonunda aprelin 13-dən bəri ən aşağı səviyyəyə düşüb.

    Qızılın ucuzlaşması davam edir və hazırda bir troya unsiyasının qiyməti 4800 dollar civarındadır. Yaxın Şərqdəki münaqişə başlayandan indiyədək qızılın qiyməti təxminən 8 faiz ucuzlaşıb.

    ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar.

    Qeyd edək ki, qızılın qiyməti mart ayında 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis aylıq göstərici nümayiş etdirib.