XƏBƏRLƏR / Ticarət

Qızıl ucuzlaşmaqda davam edir

Xəbər Comex birjasından gəlib

Qızıl ucuzlaşmaqda davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ticarət məlumatlarına görə, Comex birjasında (Nyu-York Ticarət Birjasının bir bölməsi) 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti 19 yanvardan bəri ilk dəfə troya unsiyası (31,1 qr) üçün 4700 dollardan aşağı düşüb.

    Bakı vaxtı ilə saat 5:15-də qızılın qiyməti enişini sürətləndirərək 4644,8 dollara (-5,35%) çatıb. Bu, qiymətli metalın 19 yanvardan bəri ilk dəfə 4650 dollardan aşağı düşməsidir.