XƏBƏRLƏR / Ticarət

Azərbaycanın qızıl ixracından gəlirləri ötən il 54% artıb

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb

Azərbaycanın qızıl ixracından gəlirləri ötən il 54%  artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən il Azərbaycan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

    Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 54% və ya 114,4 milyon ABŞ dolları çoxdur.

    Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9% və ya 4 milyon ABŞ dolları çoxdur.