XƏBƏRLƏR / Ticarət

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Məlumat Nyu-Yorkun COMEX əmtəə birjasından verilib

Qızılın qiyməti tarixi maksimumu yeniləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

    Birja məlumatlarına istinadən xəbər verilir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1034768 qr) üzrə dekabr fyuçerslərinin qiyməti 0,31% artaraq 3 603,3 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,18% artaraq 41,67 ABŞ dolları olub.