Azərbaycan və Rusiya arasında ticarət 4 mlrd dollara catır
Bu haqda Azərbaycan Dövlət Gömrük Komitəsi xəbər verir
![Azərbaycan və Rusiya arasında ticarət 4 mlrd dollara catır](/uploads/images/2023/12/rs/image_750x_658153ccd0cd4-750-1080-resize.webp)
Azərbaycan Dövlət Gömrük Komitəsi:
- Bu ilin yanvar-noyabr aylarında Azərbaycan və Rusiya Federasiyası arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1% artaraq 3,95 milyard dolları ötüb.
- Hesabat dövründə Azərbaycandan Rusiyaya 1,08 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da bir il əvvəlkindən 26,1% çoxdur. Rusiyadan Azərbaycana idxal 19,3% artaraq 2,86 milyard dollar təşkil edib.
- Bu ilin yanvar-noyabr ayları ərzində ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı bir il əvvəlki 6,63 faizlə müqayisədə 8,35 faiz təşkil edib.