XƏBƏRLƏR / Ticarət

Azərbaycandan Ermənistana neft məhsulları gedib

YENİLƏNİB

Azərbaycandan Ermənistana neft məhsulları gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:08

    Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

    Bu gün 17 vaqondan ibarət 984 ton dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndərilib.

    Qeyd edək ki, indiyə qədər Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

    ***


    14:24

    Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

    Söhbət 17 vaqondan ibarət 984 ton dizel yanacağından gedir.

    Məhsulları daşıyan qatar bu gün saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndəriləcək.