Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
YENİLƏNƏCƏK
Oxuma müddəti:
1 dəqiqədən az
Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.
17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.