XƏBƏRLƏR / Ticarət

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 31% azalıb

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verir

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 31% azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 31,2% azalaraq 2,109 milyard dollara çatıb.

    Azərbaycanın Rusiyaya ixracı 3,9% artaraq 749,55 milyon dollara, Rusiyadan idxal isə 42% azalaraq 1,36 milyard dollara düşüb. Azərbaycanın xarici ticarət dövriyyəsinin 7,2%-i Rusiyanın payına düşüb.