XƏBƏRLƏR / Ticarət

Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb

Türkiyə İxracatçıları Məclisi xəbər verir

Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 934 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub.

    Türkiyə İxracatçıları Məclisi xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 5,1 % azdır.

    Həmçinin 2024-cü ilin aprel ayında Türkiyədən ölkəmizə 125 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 70,3 % azalma deməkdir.