Çin “Boeing”in alınmasına qoyulan qadağanı götürüb
“Bloomberg” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb

Çinin hakimiyyət orqanları ABŞ-ın “Boeing” korporasiyasından təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.
Bildirilir ki, Çin rəsmiləri bu həftə yerli aviadaşıyıcıları və səlahiyyətli orqanları tədarüklərin bərpa olunacağı barədə məlumatlandırıb. Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, aviaşirkətlərə çatdırılma vaxtını və şərtlərini özlərinin müəyyən etməsi imkanı verilib.
Pekin “Boeing” təyyarələrinin tədarükünü təxminən bir ay əvvəl qadağan etmişdi. Nəticədə Çinə çatdırılması planlaşdırılan bəzi təyyarələr ABŞ-a qaytarılıb və onlar sonradan Malayziya və Səudiyyə Ərəbistanı şirkətlərinə satılıb.
Qeyd edək ki, bu il Çinə 50-yə yaxın “Boeing” təyyarəsi çatdırılmalıdır.