XƏBƏRLƏR / Ticarət

Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub

YENİLƏNİB

Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:17

    Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçirilib.

    16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı 5 sentyabr tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

    Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

    ***

    10:05

    Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək.

    16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı 5 sentyabr tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

    Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

    Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçiriləcək.

    5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndəriləcək.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.