Türkdilli ölkələrin "Made in Turan" brendi yaradıldı FOTO
Bu gün elektron ticarət və ixrac forumunda brendinin ilk məhsulları təqdim olunub
Türkdilli ölkələrin məhsulları "Made in Turan" brendi ilə bazarlara çıxarılacaq.
Bunu Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov Bakıda keçirilən elektron ticarət və ixrac forumunda bəyan edib..
“Bu gün bu tədbirdə "Made in Turan" brendinin ilk məhsulları təqdim olundu. Biz istəyirik ki, bu brend altında yüksək keyfiyyətli məhsullar bazara çıxsın. “Made in Turan” brendi altında təkcə ərzaq məhsulları deyil, həm də qeyri-ərzaq malları və xidmətlər istehsal olunacaq”, - deyə Camid Mövsümov qeyd edib.