Azərbaycan 38 ildən sonra Xankəndiyə hakim təyin etdi
İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib
İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.
Prezident İlham Əliyev aprelin 8-də bununla bağlı Sərəncam imzalayıb.
İlkin Abdullayevin 1985-ci ildə Kürdəmirdə anadan olduğu bildirilir. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
Abdullayev Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışıb.