XƏBƏRLƏR / Qayıdış

Xankəndidə "Qış nağılı" bayram yarmarkası keçirilir

34 il sonra...

Xankəndidə "Qış nağılı" bayram yarmarkası keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhərində 34 ildən sonra ilk dəfə "Qış nağılı" bayram yarmarkası keçirilir.

    "Qış nağılı "yarmarkası Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərin Zəfər meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunub.

    Yarmarkada bir çox müəssisə və şirkətlər iştirak edir. Həmçinin fərdi şəxslər tərəfindən yarmarkaya məhsulları da çıxarılıb.

    Qeyd edək Xankəndi şəhərində " Qış nağılı" yarmarkasının bir neçə gün davam etdirilməsi nəzərdə tutulur.