XƏBƏRLƏR / Siyasət

Azərbaycan ABŞ-ın fiskal şəffaflıq tələblərinə cavab verir

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Azərbaycan ABŞ-ın fiskal şəffaflıq tələblərinə cavab verir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

    Səfirlik məlumatda qeyd edib ki, Dövlət Departamentinin fiskal şəffaflıq hesabatında Azərbaycanın müvafiq tələblərə cavab verdiyi öz əksini tapıb.

    “Əla xəbər!... Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığı gücləndirir və investisiyaların cəlb olunmasına şərait yaradır. Təbrik edirik, Azərbaycan!”- səfirlik qeyd edib.