XƏBƏRLƏR / Siyasət

Ərdoğan erməni kilsəsinin arxiyepiskopu Maşalyanı qəbul edib

Bu barədə erməni yepiskopluğunun mətbuat xidməti məlumat verib

Ərdoğan erməni kilsəsinin arxiyepiskopu Maşalyanı qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə ermənilərinin patriarxı, arxiyepiskop Sahak Maşalyan dünən Ərdoğanla görüşüb və erməni diasporunu narahat edən məsələləri müzakirə edib.

    Yepiskopluğun mətbuat xidmətinin məlumatına görə, mətbuata qapalı keçirilən görüşdə Türkiyənin hakim partiyasından olan etnik erməni millət vəkili Sevan Sıvacıoğlu, ədliyyə naziri Akın Gürlek və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib.

    Arxiyepiskop Maşalyan həmçinin Türkiyə lideri ilə görüşündə İskəndərun və Diyarbəkirdəki kilsələrinin bərpası məsələsini də qaldırıb.