XƏBƏRLƏR / Maliyyə

Azərbaycan bankları keçən il nə qədər mənfəət əldə edib?

Banklar arasında ən böyük xalis mənfəət əldə edən ABB-dir

Azərbaycan bankları keçən il nə qədər mənfəət əldə edib?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycanda fəaliyyət göstərən 23 bank ötən illə bağlı hesabatlarını açıqlayıb.

    Bankların, demək olar ki, hamısı mənfəət əldə etdiyini bildirib.

    Bank sektorunun 2023-cü ildə xalis mənfəəti 1 milyard 84.2 milyon manat olub. 2022-ci ildə bankların 914.5 milyon manat xalis mənfəət əldə edib. Beləliklə, bankların 2023-cü ildə xalis mənfəətin həcmi əvvəlki illə müqayisədə 18.5% çox olub.

    Qeyd edək ki, banklar arasında ən böyük xalis mənfəət əldə edən ABB-dir. Ötən il sözügedən bank 322.27 milyon manatlıq xalis mənfəət əldə edib. Bu, ümumi bank sektorunun 30%-ni təşkil edib.

    İkinci sırada “Kapital Bank” ASC gəlir. Bank 2023-cü ildə 242.2 milyon manat xalis mənfəət qazanıb ki, bu da ümumi sektorun 22%-dən çoxu deməkdir.

    Bank sektorundakı xalis mənfəətin 856 milyon 11 min manatı və ya 78,6%-i ən böyük 5 bankın, 989 milyon 41 min manatı və ya 91%-i 10 ən böyük bankın payına düşüb.

    Ötən il 2 bank əməliyyat mənfəəti əldə etsələr də, onlardan biri "gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc" ilə, digəri isə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara böyük məbləğdə vəsait ayırması ilə əlaqədar olaraq xalis zərər açıqlayıblar. 

    Beləliklə, bankların ötən ilki gəlirləri aşağıdakı kimi olub:

    1. ABB - 322 269 970
    2. Kapital Bank - 242 209 000
    3. PAŞA Bank - 199 209 000
    4. Xalq Bank - 52 070 290
    5. Bank Respublika - 40 253 273
    6. AccessBank - 39 838 000
    7. Unibank - 32 931 000
    8. Bank of Baku - 25 458 640
    9. Yelo Bank - 20 761 470
    10. Azər Türk Bank - 14 041 000
    11. Naxçıvanbank - 13 129 970
    12. Rabitəbank - 13 061 450
    13. Expressbank - 12 015 010
    14. Yapı Kredi Bank Azərbaycan - 12 002 260
    15. Bank VTB Azərbaycan - 10 608 000
    16. Ziraat Bank Azərbaycan - 8 512 600
    17. AFB Bank - 7 652 490
    18. Premium Bank - 7 453 000
    19. Bank Avrasiya - 6 621 820
    20. Azərbaycan Sənaye Bankı - 5 119 200
    21. Bank Melli Iran. Bakı filialı - 3 871 287