Azərbaycan bayrağını yandıran erməni sərbəst buraxıldı VİDEO
Bu barədə erməni vəkil Aleksandr Koçubayev məlumat verib
Ağır atletika üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan polisə aparılıb.
Bu barədə erməni vəkil Aleksandr Koçubayev məlumat verib.
Vəkilin sözlərinə görə, onun barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.
Erməni mətbuatının yaydığı son məlumata görə, İrəvanda Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan sərbəst buraxılıb.