XƏBƏRLƏR / Energetika

Azərbaycan Çin ilə enerji layihələrini müzakirə edib

Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib

Azərbaycan Çin ilə enerji layihələrini müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Çin arasında 100 MVt-lıq günəş və 200 MVt-lıq dənizdə külək enerjisi layihələri, Yaşıl Enerji Dəhlizində iştirak imkanları müzakirə edilib.

    Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    Nazir bildirib ki, bununla bağlı müzakirələr "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə Forum çərçivəsində "China Datang Overseas Investment" şirkətinin İdarə Heyətinin sədri Zhao Yongli ilə görüşdə aparılıb.

    O qeyd edib ki, şirkətin Azərbaycanın yaşıl enerji keçidində iştirakını genişləndirmək və yeni investisiya imkanlarını dəyərləndirmək marağını yüksək qiymətləndirilib.