Azərbaycan DVX birinci rübdə 1,7 dəfə çox vergi yığıb
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib
2023-cü ilin birinci rübündə Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 74,8% artaraq 4 milyard 899,5 milyon manata çatıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“2023-cü ilin yanvar-mart aylarının yekunlarına görə, büdcəyə vergi daxilolmaları 4 milyard 899,5 milyon manat təşkil edib. Bunun 2 milyard 618 min manatı (artım 16,4%) qeyri-neft-qaz sektorunun payına düşüb”, - Cabbarov Twitter heesabında yazıb.
Əvvəllər xəbər verildiyi kimi, 2023-cü il üçün Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 13,4 milyard manat səviyyəsində nəzərdə tutulub.