Əli Əsədov Rusiya Baş nazirinin müavinini qəbul edib
Baş Nazir Aleksey Overçukla Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığını müzakirə edib
Yanvarın 22-də Azərbaycanın Baş Naziri Əli Əsədov Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələləri və birgə layihələrin icrasının gedişi müzakirə olunub.
Tərəflər “2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair Yol Xəritəsi”nin imzalanmasının vacibliyini qeyd ediblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıblar.