XƏBƏRLƏR / İqtisadiyyat

SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürüldü

19-cu SPECA Sammiti 2024-cü ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək

SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürüldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürülüb.

    Bununla bağlı SPECA Rəhbər Şurasının Bakıda keçirilən 18-ci iclasında Tacikistanın təklifi dəyərləndirilib. Üzv ölkələr tərəfindən 2024-cü il üzrə Tacikistan SPECA-ya rəhbərlik edəcək ölkə seçilib.

    Bildirilib ki, 19-cu SPECA Sammiti 2024-cü ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək.

    Qeyd edək ki, SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.