XƏBƏRLƏR / İqtisadiyyat

Mikayıl Cabbarov EXIM Bank sədri Den Neqrea ilə görüşüb

İqtisadiyyat naziri bu barədə sosial şəbəkəsində yazıb

Mikayıl Cabbarov EXIM Bank sədri Den Neqrea ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Prezidentinin baş müşaviri, İxrac-İdxal Bankının (EXIM Bank) sədri Den Neqrea ilə görüşüb.

    “Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində biz SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ prezidentinin baş müşaviri, İxrac-İdxal Bankının (EXIM Bank) sədri Den Neqreanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük.

    Biz Azərbaycanın davamlı inkişaf və iqtisadiyyatın şaxələndirilməsi sahəsində irəliləyişini vurğuladıq, yüksək əlavə dəyərli sektorların inkişafı və beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsi üçün yeni perspektivləri qeyd etdik.

    Biz, həmçinin Azərbaycan və ABŞ arasında ticarət və investisiyaların genişləndirilməsi üçün EXIM Bank alətlərinin istifadəsi ilə bağlı fikir mübadiləsi apardıq və əməkdaşlığın dərinləşdirilməsi üçün gələcək addımları müzakirə etdik”, - Cabbarov X sosial şəbəkəsində yazıb.