XƏBƏRLƏR / İqtisadiyyat

Mərkəzi Bank iqtisadi artım proqnozunu açıqlayıb

Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib

Mərkəzi Bank iqtisadi artım proqnozunu açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Mərkəzi Bankı qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

    Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

    O deyib ki, Mərkəzi Bank bu ilin sonuna iqtisadi artım proqnozunu 2024-cü il üzrə 3,9%, 2025-ci il üzrə 3,3% müəyyən edib.

    Qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozu bu il üzrə 6,5%, 2025-ci il üzrə 5,1% gözlənilir. AMB-nin bundan əvvəlki proqnozu müvafiq olaraq 5,7%, və 4,4% təşkil edib.

    “Buna səbəb ev təsərrüfatları və dövlət sektorunda istehlakın artmasıdır” - Taleh Kazımov əlavə edib.