Mikayıl Cabbarov Naxçıvana yollanıb
İqtisadiyyat naziri Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılmasınnı müzakirə edib
Naxçıvan Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara dəstək tədbirləri müzakirə olunub. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter-də yazıb.
“Həmkarlarımızla birlikdə tarixi bölgəmizdə - Naxçıvanda səfərdəyik. Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə rayonun iqtisadi potensialı, biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi ilə bağlı fikirlərimizi bölüşdük”, - deyə nazir yazıb.