Mikayıl Cabbarov Slovakiya Baş nazirinin müavini ilə görüşüb
Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova Bakıda səfərdədir FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiya Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ilə görüşüb.
- Görüşdə iki ölkə arasında mühüm sahələrdə əlaqələrin genişləndirilməsi vurğulanıb.
- Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində qarşılıqlı səfərlərin, tədbirlərin, görüşlərin və müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
- Ticarət, enerji, investisiya, sənaye, humanitar və digər sahələrdə səmərəli ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar vurğulanıb.
- Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələrinin tərəfdaş ölkələrin enerji təchizatına töhfə verdiyi və bu kontekstdə enerji sahəsində əməkdaşlığın Slovakiya ilə münasibətlərdə prioritet istiqamətlərdən biri olduğu bildirilib.
- Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini, enerji sektorunda birgə fəaliyyətləri, əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsini müzakirə ediblər.
- Həmçinin Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclasının və Bakıda keçiriləcək biznes forumun hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.