XƏBƏRLƏR / İqtisadiyyat

Hindistan Azərbaycanla biznesin inkişafını araşdıracaq

Bunu Bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar deyib

Hindistan Azərbaycanla biznesin inkişafını araşdıracaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hindistan Azərbaycanla kimya sənayesi məhsullarının ticarəti sahəsində biznes potensialını araşdıracaq.

    Bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar Hindistan və Azərbaycan arasında aqrokimyəvi maddələr, pestisidlər, boyalar, qeyri-üzvi kimya sahəsində ticarət imkanlarının öyrənilməsinə həsr olunmuş tədbirdə deyib.

    V.Kumarın sözlərinə görə, bugünkü işgüzar görüş gələcəkdə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək: "Hindistanın kimya sənayesi kifayət qədər böyükdür və böyük həcmdə məhsul ixrac etmək iqtidarındadır. Hindistanın ÜDM-də kimya sənayesinin payı 6,7% təşkil edir. ", - müvəqqəti işlər vəkili vurğulayıb.

    O qeyd edib ki, 2022-ci ildə Azərbaycan ilə Hindistan arasında ticarət dövriyyəsi 1,8 milyard ABŞ dolları təşkil edib: “Bu, 2021-ci illə müqayisədə 2,5 dəfədən çox çoxdur”.