Mikayıl Cabbarov Omanda həmkarı Əl-Sakri ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri bu barədə "X" sosial şəbəkəsində yazıb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov omanlı həmkarı Səid bin Məhəmməd bin Əhməd Əl-Sakri ilə görüşüb.
“Omana işgüzar səfərimiz zamanı Omanın iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl-Sakri ilə görüşməkdən məmnun olduq.
Görüş zamanı biz iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət və investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənaye zonaları, turizm, kiçik və orta biznes, tranzit sahələrində birgə təşəbbüslərin təşviqi məsələlərini müzakirə etdik.
Həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradan yüksək səmərəli tranziti ilə bağlı fikir mübadiləsi apardıq”, - Cabbarov sosial şəbəkədə yazıb.