Əli Əsədov “Düşənbə 2023” Beynəlxalq İnvestisiya Forumunda
Baş nazir Azərbaycanın iqtisadi inkişafı və əlverişli investisiya mühiti barədə məlumat verib
Azərbaycanın Baş naziri Əli Əsədov “Düşənbə 2023” Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.
Əli Əsədov forum iştirakçılarına Azərbaycan Respublikasının iqtisadi inkişafı və əlverişli investisiya mühiti barədə məlumat verib.
Nazir çıxışı zamanı vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə də məlumat verib.
Əsədov tacik investorlarını yeddi sənaye parkının, eləcə də Azərbaycanda fəaliyyət göstərən Ələt Azad İqtisadi Zonasının imkanları ilə yaxından tanış olmağa dəvət edib.