XƏBƏRLƏR / İqtisadiyyat

Hərracda gəmi 115 min manata satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir

Hərracda gəmi 115 min manata satılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 15-də keçirilən hərracda 14 nəqliyyat vasitəsi satılıb. Bunlardan biri "Point Brower D" markalı gəmidir.

    Dövlət Xidmətindən bildirilib ki, hərracda start qiyməti 4500 manat olan “Volkswagen Polo” markalı avtomobil 6600 manata, ilkin qiyməti 6750 manat olan “Land Rover Frelander” markalı nəqliyyat vasitəsi 7200 manata satılıb. "Point Brower D" markalı gəminin isə satış qiyməti 115 min manat olub.