Başqırdıstandan Azərbaycana 500 ton buğda gəldi
Respublika Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Çin kimi ölkələrə də buğda ixrac edir
Rusiyanın Başqırdıstan Respublikasından Azərbaycana 500 tona yaxın buğda göndərilib.
Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Başqırdıstan Respublikası üzrə İdarəsi məlumat yayıb.
Bildirlir ki, Başqırdıstan bu il ilk dəfə Azərbaycana ümumi həcmi 500 ton olan 7 partiya buğda ixrac edib. Məhsul Başqırdıstan laboratoriyasında yoxlamadan keçib və Azərbaycanın standart və tələblərinə tam uyğundur.
Məlumatda qeyd olunur ki, respublika Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Çin kimi ölkələrə də buğda ixrac edir.